Menyu

Ötən gün 13 kiloqramdan çox narkotik vasitə təhvil götürülüb

Nərmin Qocamanlı
Ötən gün 13 kiloqramdan çox narkotik vasitə təhvil götürülüb
1 dəq oxu

Martın 21-də ümumi çəkisi 13,1 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq təhvil götürülüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 12 kiloqrama yaxın  marixuana, 1,1 kiloqramdan çox heroin və metamfetamin, həmçinin 3000 ədəd metadon həbi olub.

Əlaqəli Xəbərlər