Ana səhifə / Ölkə / Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb 22.03.2024, 16:30 Nərmin Qocamanlı Son 1 il ərzində Azərbaycanda pensiyaçıların sayı 18 200 nəfər azalıb. "Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 2024-cü il yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Ötən ilin yanvarın 1-i vəziyyətinə ölkəmizdə 1 milyon 114 min 200 pensiyaçı qeydiyyatda olub. Ötən il Azərbaycan əhalisinin 11 faizini pensiyaçılar təşkil edirdisə, bu il bu rəqəm 10,8 faiz olub. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor