Menyu

Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Astarada brakonyerliklə məşğul olan şəxs saxlanılıb
1 dəq oxu

Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Astara rayonu ərazisində Şahağacı çayında qanunsuz balıq ovu ilə məşğul olan rayon sakini N.Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan"Operativ Media"ya verilən məlumata görə, həmin şəxsdən sintetik torlar və qanunsuz ovlanmış müxtəlif növ balıqlar aşkar edilib.
Araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər