Abşeronda içərisində 3 avtomobil olan anbar yandı

admin
Abşeronda içərisində 3 avtomobil olan anbar yandı

Abşeron rayonunda ümumi sahəsi 900 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən sahəsi 450 m² olan anbarın yanar konstruksiyaları, içərisində "Ford" markalı yük avtomobili, "Toyota" və “Kia” markalı iki minik avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən "Operativ Media"ya verilən xəbərə görə, bitişik sex yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər