
Oktyabrda Ermənistana göndərilmiş Aİ-nin Monitorinq Missiyası (EUMCAP) öz mandatını bu gün tamamlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
"Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, EUMCAP oktyabrın 20-də vəziyyətin monitorinqi, təhlili və yerlərdə vəziyyətlə bağlı hesabatların təqdim edilməsi məqsədi ilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib.
Monitorinq aparan 40 ekspertinin yerləşdirilməsi effektiv olduğunu sübut etdi və qeyri-sabit vəziyyətdə etimadın yaradılmasına töhfə verdi. Bu gün biz Aİ-nin Cənubi Qafqazda fəaliyyətində yeni mərhələyə başlayırıq və bu, mümkün olan vəziyyətə zəmin hazırlayacaq keçid qrupu ilə başlayır. Aİ-nin Ermənistandakı daha uzunmüddətli missiyasının əsas məqsədi regionda davamlı sülhə töhfə verməkdir", Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.