Azərbaycan “ACWA Power” şirkəti ilə quruda və dənizdə külək enerjisi layihələrini müzakirə edib
Nərmin Qocamanlı
Əbu-Dabidə Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən Yaşıl Hidrogen Sammitində iştirak edən energetika naziri Pərviz Şahbazov “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov məlumat paylaşıb.
“Əbu-Dabidə “ACWA Power” şirkətinin baş icraçı direktoru Marco Arcelli ilə quruda və dənizdə külək enerjisi, enerji saxlanc sistemləri layihələri üzrə əməkdaşlıq məsələlərini müzakirə etdik”, - deyə nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma