20 Dekabr 2022, 09:14
Peruda etiraz aksiyalarında ölənlərin sayı 26-ya çatıb

Peruda prezident Pedro Kastillonun 7 dekabrda Konqres tərəfindən vəzifəsindən azad edilərək həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda həyatını itirənlərin sayı 26-ya yüksəlib.
"Operativ Media" xəbər verir ki, Peru Səhiyyə Nazirliyindən verilən açıqlamada nümayişlərdə həyatını itirənlərin sayının 26-ya yüksəldiyi, 61 nəfərin isə xəstəxanalarda müalicəsinin davam etdiyi bildirilib.
Qeyd edək ki, ölkənin bir çox şəhərlərində minlərlə insan yeni prezident Dina Boluartenin istefası və həbsdə olan Kastilonun azadlığa buraxılması tələbi ilə küçələrə axışıb.