2022-ci il dünya çempionatında ikinci olan Fransa millisinin futbolçuları Parisdə təxminən 50 min azarkeş tərəfindən qarşılanıb.
"Operativ Media" xəbər verir ki, Fransa mətbuatında çıxan xəbərlərə görə, “mavilər” adlandırılan Fransa Milli Komandasının futbolçuları dekabrın 19-da Qətərin paytaxtı Dohadan Parisə uçub.
Parisin Konkord meydanına gələn mavilər təxminən 50 min azarkeş tərəfindən alqışlarla qarşılanıb.
Təxminən 2000 polis və jandarmın vəzifə yerinə yetirdiyi bölgədə Fransa bayraqları daşıyan tərəfdarlar Fransa himnini oxuyub, “Sağ ol, blues” şüarları səsləndiriblər.
Meydandakı bir binanın eyvanından “Mavilər” azarkeşləri qarşılayıb və alqışlayıb.
Digər tərəfdən, Fransanın İdman Naziri Amelie Oudea-Kastera və Qadın və Kişi Bərabərliyi Naziri İzabelle Rome, bəzi Afrika əsilli fransız futbolçuların sosial mediada irqçi ifadələrə məruz qalmasına "Twitter" hesablarından açıqlamalar verib.