İngiltərə Bankı Kral Çarlzın təsviri olan yeni əskinasların dizaynlarını ictimaiyyətlə paylaşıb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, 5, 10, 20 və 50 lirəlik əskinaslarda yeganə dəyişiklik portret olacaq. Hazırkı əskinaslarda sentyabr ayında vəfat edən keçmiş Britaniya monarxı Kraliça Elizabetin şəkli var.
Yeni əskinasların üz tərəfində və təhlükəsizlik üçün şəffaf saxlanılan pəncərə hissəsində Kral Çarlzın portreti əks olunacaq.
Yeni əskinaslar 2024-cü ilin ortalarından dövriyyəyə buraxıldıqdan sonra hazırkı əskinaslar qüvvədə qalacaq.
Qeyd edək ki, Kraliça Elizabet 1960-cı ildən İngiltərə Bankı tərəfindən dövriyyəyə buraxılan əskinaslarda görünən ilk və yeganə monarx idi. Şotlandiya və Şimali İrlandiya bankları tərəfindən buraxılan əskinaslarda monarxın şəkli yoxdur.
Hazırda dövriyyədə təxminən 80 milyard funt-sterlinq dəyərində olan 4,5 milyard Britaniya Mərkəzi Bankının əskinasları var






