20 Dekabr 2022, 13:23
Taylandda güclü yağış səbəbindən kəndlər su altında qalıb
Taylandda güclü yağış səbəbindən kəndlər su altında qalıb şəkil
Taylandda güclü yağış səbəbindən kəndlər su altında qalıb

Tailandın cənub əyalətlərində yağan şiddətli yağışlar nəticəsində 1361 kənd su altında qalıb, 3 nəfər həyatını itirib.

"Operativ Media" xəbər verir ki, daşqın səbəbindən bölgədəki bir çox məktəbdə təhsil dayandırılıb, şəhərlərarası qatarların hərəkəti ləğv edilib.

Tayland Fəlakətin Qarşısının Alınması Departamentinin apardığı yardım əməliyyatlarına Tayland ordusu, qeyri-hökumət təşkilatları və müxtəlif axtarış-xilasetmə qrupları cəlb edilib.

Taylandın Fəlakətlərin Qarşısının Alınması İdarəsi, 17-20 dekabr tarixləri arasında sözügedən əyalətlərdə ümumilikdə 1361 kəndin su altında qaldığını, 61.940 nəfərin isə daşqın və daşqınlardan zərər çəkdiyini açıqlayıb.

 

Son xəbərlər
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Dövlət Agentliyinə çevrilib
Beynəlxalq axtarışa verilmiş daha 7 şəxs ölkəmizə ekstradisiya edilib
Elnur Bağırov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb
UEFA Azərbaycan klublarına ödəniş etdi
Bakıda bəzi yollarda sıxlıq var
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi
Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB