Şri-Lankada avtomobil tamaşaçılara çırpıldı: ölən və yaralananlar var
Şri-Lankada keçirilən avtomobil yarışında avtomobilin trasdan çıxaraq tamaşaçılara çırpılması nəticəsində 7 nəfər ölüb, 21 nəfər yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Şri-Lankanın "Newsfirst" portalı məlumat yayıb.
Qəza "Fox Hill Super Cross" yarışında baş verib. Yarışı izləməyə 100 mindən çox insan gəlib.
Polisin məlumatına görə, yarışda iştirak edən avtomobillərdən birinin sürücüsü idarəetməni itirərək tamaşaçı kütləsinə çırpılıb. Ölənlər arasında uşaqlar da var. Zərərçəkənlər xəstəxanalara çatdırılıb. Dörd yaralının vəziyyəti ağır qiymətləndirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net