Türkiyə lideri İraqda səfərdədir - YENİLƏNİB 2
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
***
15:10
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdada rəsmi səfəri çərçivəsində İraq Prezidenti Əbdül Lətif Rəşid ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
***
10:46
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra İraqa rəsmi səfər edib.
"Operativ Media" xəbər verir ki, Ərdoğan Bağdad və Ərbil xəttində yüksək səviyyəli rəsmilərlə görüşəcək. Tarixi səfər zamanı təhlükəsizlik, ticarət əlaqələri və su məsələləri müzakirə olunacaq.
Türkiyə lideri Bağdada rəsmi səfəri çərçivəsində ilk olaraq İraq prezidenti Əbdüllatif Rəşidlə görüşəcək. Daha sonra o, İraqın baş naziri Məhəmməd Şiya əl-Sudani ilə görüşəcək.
Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Ərdoğanın səfəri zamanı bu mərkəzin də gündəmdə olacağı gözlənilir.
Görüşdə digər mövzu İraqın su problemidir. Ərdoğan İraqın su ilə bağlı gözləntilərini bildiklərini və bunun qarşılanması üçün səylərin davam etdiyini bildirib. Bu istiqamətdə mühüm addımların atılacağı ehtimal edilir.
Ərdoğanın İraqa səfəri çərçivəsində Biznes Forumu da keçiriləcək. Türkiyə ilə İraq arasında ticarət həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq. İnkişaf Yolu Layihəsinin tamamlanmasıyla 2030-cu ildə iki ölkə arasındakı ticarət həcminin 20 milyard dollara çatması hədəflənir.