Pakistan İslamabadın yeni magistral yoluna "İran Bulvarı" adını verib
Nərmin Qocamanlı
Pakistan İranla həmrəylik nümayiş etdirmək üçün İslamabadda yeni magistral yola qonşu ölkə İranın adının verilməsinə qərar verib.
"Operativ Media" xəbər verir ki, qərar İran prezidenti İbrahim Rəisinin aprelin 22-dən 24-dək Pakistana rəsmi səfəri ərəfəsində qəbul edilib.
Federal hökumət Onbirinci küçənin adını dəyişdirərək "İran Bulvarı" adlandırmaq qərarına gəlib. Nazirlər Kabineti, Kapital İnkişafı İdarəsinin (CDA) xülasəsini yayaraq qərarı qəbul edib.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi yüksək səviyyəli siyasi-iqtisadi nümayəndə heyətinin başçılığı ilə bu gün Pakistanın paytaxtı İslamabada səfər edib.
Teqlər:
"Pakistan \u0130slamabad\u0131n yeni magistral yoluna \"\u0130ran Bulvar\u0131\" ad\u0131n\u0131 verib"