Filippin və ABŞ tarixdə ən böyük birgə hərbi təlimlərə başlayır
Nərmin Qocamanlı
Filippin və ABŞ ordusu təlimlərin regional sülh və sabitliyi təhdid etdiyinə dair tənqidlər fonunda ən böyük illik birgə hərbi təlimlərə başlayıb.
"Operativ Media" xəbər verir ki, Filippin ordusunun məlumatına görə, "Balikatan 2024" adlı 19 günlük təlimə təxminən 5 000 Filippin və 11 000 ABŞ əsgəri cəlb olunacaq.
Bu, son onilliklərdə Filippin-ABŞ birgə təlimlərinin ən böyük iterasiyası olacaq.
Təlimdə Avstraliya Müdafiə Qüvvələrinin və Balikatan tarixində ilk dəfə olaraq Fransa Hərbi Dəniz Qüvvələrinin hərbçiləri də iştirak edəcək. Hər il keçirilən hərbi təlimlərdə Yaponiya və Hindistan da daxil olmaqla ümumilikdə 14 ölkə müşahidəçi qismində iştirak edəcək.
Təlimlər 2024-cü ilin 22 aprel - 10 may tarixlərində keçiriləcək.