Menyu

BMT: İsrail UNRWA-nı terrorçularla əlaqələndirən sübut təqdim etməyib

BMT: İsrail UNRWA-nı terrorçularla əlaqələndirən sübut təqdim etməyib

İsrail hakimiyyəti BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) əməkdaşlarının əhəmiyyətli hissəsinin terror təşkilatları ilə əlaqəli olması ilə bağlı iddialarını hələ də əsaslandırmayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə UNRWA-nın fəaliyyətini qiymətləndirən müstəqil panelin yekun hesabatında deyilir.

"İsrail Xarici İşlər Nazirliyi 2024-cü ilin mart ayına qədər Fələstin şəxsiyyət vəsiqəsi olmayan UNRWA işçilərinin siyahılarını aldığını bildirdi. Fələstin şəxsiyyət vəsiqələrinin yer aldığı 2024-cü ilin mart siyahısına əsasən, İsrail UNRWA-nın əhəmiyyətli sayda əməkdaşının terror təşkilatları üzvləri ilə əlaqədə olduğunu açıqladı. İsrail bunu hələ də sübutlarla dəstəkləməyib", - sənəddə deyilir.

Qeyd olunur ki, İsrail hökuməti 2011-ci ildən bəri agentlik işçiləri ilə bağlı UNRWA-ya hər hansı narahatlıq barədə məlumat verməyib. 

Teqlər:

"BMT: \u0130srail UNRWA-n\u0131 terror\u00e7ularla \u0259laq\u0259l\u0259ndir\u0259n s\u00fcbut t\u0259qdim etm\u0259yib"

Əlaqəli Xəbərlər