ABŞ prezidenti Co Bayden və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen arasında telefon danışığı olub. Onlar Ukraynaya dəstək yollarını müzakirə ediblər.
"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər Ukraynaya sarsılmaz dəstək elan ediblər. Von der Leyen Baydeni ABŞ Nümayəndələr Palatasının aprelin 20-də Vaşinqtona Kiyevə böyük silah satışını bərpa etməyə icazə verən qanun layihəsini təsdiq etməsi münasibətilə təbrik edib: "Bu, Senatdan keçdikdən və qanun imzalandıqdan sonra Ukraynanın döyüş meydanında ehtiyaclarını ödəmək üçün əsas olacaq".
Əlavə edilir ki, Bayden və von der Leyen Ukraynanın azadlıq mübarizəsi üçün davamlı beynəlxalq dəstəyin vacib olmasından danışıblar.