http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

23 Aprel 2024 , 11:00
TƏBİB təcili yardım avtomobillərinə yeni qadağalar qoyub?

Son günlər sosial şəbəkələrdə təcili tibbi yardım maşınında körpəsini xəstəxanaya aparan vətəndaş və sürücü arasındakı dialoq müzakirələrə səbəb olub.

"Operativ Media" xəbər verir ki, yayılan videogörüntüdən aydın olur ki, körpə övladının qan itirdiyini iddia edən valideyin sürücüdən səs siqnallarından istifadə etməsini tələb edib. Tıxacda qalan sürücü isə müdiriyyətin buna icazə vermədiyini bildirib.

TƏBİB-in şöbə müdiri Zamirə Adilova ARB-nin efirində bildirib ki, TƏBİB-in səs siqnallarını işə salmaqla bağlı belə bir qadağası yoxdur:

"Yol hərəkəti haqqında Azərbaycan Respublikasının qanunun tələbinə görə təcili tibbi yardım avtomobilləri operativ üstün keçid hüququna malikdir. Bu da o deməkdir ki, sanitar avtomobillər digər yol iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə xüsusi tapşırıqları yerinə yetirərkən sayrışan işıq və səs sinqallarından istifadə edə bilər".

O, qeyd edib ki, səs siqnalları və sayrışan işıqlardan yalnız təyinatı üzrə istifadə olunmalıdır. 

Zamirə Adilova bildirib ki, TƏBİB tərəfindən yuxarıda qeyd olunan görüntülər araşdırılıb:

"Aprelin 20-də azyaşlının yıxılması ilə bağlı TƏBİB-ə müraciət daxil olub. Çağırış ünvanına qısa müddətdə təcili yardım birqadaları cəlb olunub. Pasiyent Sabunçu Tibb Mərkəzinə aparılıb. Azyaşlıya dizin ön hissəsinin üçdə birinin kəsilmiş yarası diaqnozu qoyulub. Pasiyentə müəyyən ilkin tibbi yardım göstərildikdən sonra əlavə cərrah müayinəsi üçün digər tibb müəssisəsinə təxliyyə olunub. Ehtimal olunur ki, həmin videogörüntülər təxliyyə zamanı çəkilib. Bu da o deməkdir ki, artıq pasiyentə həmin ana qədər ilkin zəruri tibbi xidmət göstərilib. Yəni onun həyatı üçün xüsusi risk daşıyan hal mövcud olmayıb".

"Buna baxmayaraq etik normativ qaydaları pozduğuna və yanlış informasiya verdiyinə görə sürücüyə inzibati cəza tətbiq ediləcək", - o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİB

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Azərbaycanla Ermənistan arasında 35 sərhəd dirəyi quraşdırılıb

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

Qayana, Surinam və Ekvador prezidentləri COP29-a dəvət olunub

XƏBƏR LENTİ
  • 08:58

    İsraildə Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbir təşkil olunub
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
Menyu