Paşinyan: "Bizim Qarabağ uğrunda döyüşmək fikrimiz yoxdur
Nərmin Qocamanlı
"Azərbaycana qaytarılan 4 kənd sülhə töhfə verəcək".
"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan geri qaytarma qərarını müdafiə edib və həmin dörd kəndin artıq Azərbaycana məxsus olduğunu bildirib.
O, bunun sülh üçün vacib olduğunu vurğulayıb:
“Azərbaycanla sərhədin demarkasiyası sazişinin icra edilib-edilməyəcəyi bizim qonşumuzla gələcəkdə sülh şəraitində yaşayıb-yaşamayacağımızı müəyyən edəcək. Ermənistan öz ərazisindən kənarda heç bir iddia irəli sürmür. Bizim Qarabağ uğrunda döyüşmək fikrimiz yoxdur".
Baş nazir erməni xalqını bu faktı qəbul etməyə və sülhü seçməyə dəvət edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net