Menyu

Stoltenberq: NATO-nun Polşada nüvə qüvvələri yerləşdirmək planı yoxdur

Stoltenberq: NATO-nun Polşada nüvə qüvvələri yerləşdirmək planı yoxdur

Şimali Atlantika Alyansı (NATO) öz nüvə qüvvələrinin konfiqurasiyasını dəyişmək niyyətində deyil.

"Operativ Media" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"NATO-nun nüvə qüvvələrinin konfiqurasiyasını dəyişdirmək və ya hər hansı bir NATO ölkəsində hər hansı bir qüvvə yerləşdirmək planları yoxdur" deyə o, Polşada Amerika nüvə qüvvələrinin yerləşdirilməsi ideyası ilə bağlı polşalı jurnalistlərin sualını cavablandırarkən bildirib. 

Polşa prezidenti Anjey Duda bir gün əvvəl "Fakt" qəzetinə müsahibəsində demişdi ki, Polşa hakimiyyəti NATO-nun Nüvə Bölgüsü proqramı (yerləşdirmə) çərçivəsində ABŞ ilə respublikada nüvə silahlarının yerləşdirilməsi imkanlarını müzakirə edib.

 

 

Teqlər:

"Stoltenberq: NATO-nun Pol\u015fada n\u00fcv\u0259 q\u00fcvv\u0259l\u0259ri yerl\u0259\u015fdirm\u0259k plan\u0131 yoxdur"

Əlaqəli Xəbərlər