Si Tsinpin mayın 7-də Belqrada səfər edə bilər
Çin prezidenti Si Tsinpin mayın 7-də ABŞ-nin Belqraddakı Çin səfirliyinə zərbə endirməsinin 25-ci ildönümü ilə əlaqədar Serbiyaya səfər edə bilər.
"Operativ Media" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, səfərin dəqiq tarixləri hələlik təsdiqlənməyib və dəyişə bilər. Nyu-Yorkda yerləşən Asia Society Policy analitik mərkəzinin eksperti Çin liderinin Qərbin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyən ölkəyə səfəri Çinin Rusiyanın tərəfini tutmağa davam etmək və onunla tərəfdaşlığını dərinləşdirmək niyyətində olduğunu açıq şəkildə göstərəcək. Bloomberg əlavə edir ki, Si Tsinpinin Avropa turuna Fransa və Macarıstan da daxildir.
7 may 1999-cu ildə ABŞ hərbi əməliyyatı zamanı Çinin Belqraddakı səfirliyi B-2 strateji bombardmançı təyyarəsi tərəfindən atılan və qlobal peyk rabitə sistemindən istifadə edərək hədəfə yönəldilmiş üç bomba ilə vurulub. Nəticədə 3 çinli jurnalist həlak olub, 20 diplomatik missiya əməkdaşı yaralanıb. Amerika tərəfi bildirib ki, partlayış təsadüfi olub və Yuqoslaviya paytaxtının köhnə xəritələrindən istifadə edən Mərkəzi Kəşfiyyat İdarəsinin səhvi nəticəsində baş verib.