Menyu

KİV: Hindistan İsrail istehsalı olan ballistik raketi uğurla sınaqdan keçirib

KİV: Hindistan İsrail istehsalı olan ballistik raketi uğurla sınaqdan keçirib

Hindistan Hərbi Hava Qüvvələri 250 km-dən çox məsafədəki hədəfləri vura bilən İsrail istehsalı olan havadan buraxılan ballistik raketi uğurla sınaqdan keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb. 

"Crystal Maze 2" kimi tanınan raketin sınaq buraxılışı Hindistan Birliyinin Andaman və Nikobar adaları ərazisində həyata keçirilib. O, Su-30MKI qırıcısından buraxılıb və hədəfinə çatıb.

Agentlik qeyd edib ki, hazırda respublikanın Hərbi Hava Qüvvələri "Make in India" proqramı çərçivəsində İsrail raketlərini böyük miqdarda almağı planlaşdırır. 

Teqlər:

"K\u0130V: Hindistan \u0130srail istehsal\u0131 olan ballistik raketi u\u011furla s\u0131naqdan ke\u00e7irib"

Əlaqəli Xəbərlər