http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ukrayna MDB çərçivəsində bağlanmış bir sıra sazişlərdən çıxıb

23 Aprel 2024 , 21:23
Ukrayna MDB çərçivəsində bağlanmış bir sıra sazişlərdən çıxıb

Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində mülki aviasiyanın modernləşdirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı və beynəlxalq avtomobil daşıyıcıları üçün tələblərin uyğunlaşdırılması haqqında sazişlərdən çıxıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna 1995-ci il noyabrın 3-də Moskvada bağlanmış MDB-yə üzv dövlətlərin mülki aviasiyasının modernləşdirilməsi haqqında sazişdən, 1998-ci il noyabrın 25-də Moskvada bağlanmış "İnternaviqasiya" maliyyə-sənaye qrupu, 2009-cu il noyabrın 20-də Yalta şəhərində bağlanmış MDB ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin əlaqələndirilmiş inkişafı haqqında Saziş və 24 noyabr 2006-cı ildə Minskdə MDB-yə üzv dövlətlərin beynəlxalq avtomobil daşıyıcıları üçün əlavə kadr hazırlığına dair tələblərin uyğunlaşdırılması haqqında Sazişdən çıxıb. 

Bundan əlavə, Kiyev Rusiya ilə iki, Belarusla isə bir razılaşmadan çıxıb. Xüsusilə, Rusiya ilə iki hökumətlərarası sazişə xitam verilib: Ukraynanın və Rusiya Federasiyasının sərhədyanı rayonları arasında 1995-ci il yanvarın 27-də Xarkovda bağlanmış müqavilə və 2010-cu il 27 oktyabrda bağlanmış Ukrayna ilə Rusiya Federasiyası arasında regionlararası və sərhəd əməkdaşlığı haqqında. Belarusla 2004-cü il mayın 21-də Minskdə bağlanmış bitki sortlarının dövlət sınağı və mühafizəsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişə də xitam verilib.

Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir. 

OXŞAR XƏBƏRLƏR
Bayden və İordaniya kralı arasında görüş olacaq

Bayden və İordaniya kralı arasında görüş olacaq

AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir

AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir

Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq

Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Bayden və İordaniya kralı arasında görüş olacaq
  • Dünən
    23:05

    AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir
  • Dünən
    22:53

    Bayden jurnalistlərin təqiblərinə qarşı mübarizə məqsədilə sərəncam imzalayacaq
  • Dünən
    22:39

    Borrell: ABŞ-nin hərbi yardım uğursuzluğu Ukraynanın məğlubiyyətinə səbəb ola bilər
  • Dünən
    22:24

    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
    Azərbaycan səfirliyi Texasda yaşayan vətəndaşlara müraciət edib
  • Dünən
    22:12

    Hüquq Jurnallarının Elektron axtarış bazasının yaradılması üzrə tədbir keçirilib
  • Dünən
    22:04

    AK rəsmisi ilə COP29 və minatəmizləmə müzakirə edilib
  • Dünən
    21:50

    Avropa İttifaqı: Ukrayna öz suverenliyinin bir hissəsini Aİ-yə həvalə etməlidir
Menyu