Menyu

Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Nərmin Qocamanlı
Yaponiyada hava limanına eniş edən sərnişin təyyarəsi xarab olub

Göyərtəsində 213 sərnişinin olduğu təyyarənin Yaponiyanın şimalındakı hava limanına enərkən qanadından tüstü qalxıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Yaponiya dövlət televiziyası NHK xəbər verib.

Məlumata görə, paytaxt Tokiodakı Haneda Beynəlxalq Hava Limanından havaya qalxan "All Nippon Airways" (ANA) 71 nömrəli reysi şimal Hokkaydo bölgəsindəki Yeni Çitose hava limanına eniş edib.

Neft sızması səbəbindən uçuş-enmə zolağının ortasında dayanan və göyərtəsində 213 sərnişin olan təyyarənin qanadlarından ağ tüstü qalxıb.

Yanğınsöndürənlər tüstünü nəzarətə götürüb, sərnişinlər təxliyə edilib.

Təyyarə xüsusi maşınlar vasitəsi ilə təhlükəsiz yerə aparılıb.

Yeni Çitose Hava Limanında iki uçuş-enmə zolağından birinin müvəqqəti olaraq xidmətdən çıxdığı bildirilib.

Teqlər:

"Yaponiyada hava liman\u0131na eni\u015f ed\u0259n s\u0259rni\u015fin t\u0259yyar\u0259si xarab olub"

Əlaqəli Xəbərlər