http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Dövlət Departamenti Kiyevə ATACMS raketlərinin gizli tədarükünü təsdiqləyib - YENİLƏNİB

24 Aprel 2024 , 22:31
Dövlət Departamenti Kiyevə ATACMS raketlərinin gizli tədarükünü təsdiqləyib - YENİLƏNİB

"ABŞ prezident Co Baydenin göstərişi ilə Ukraynaya ATACMS taktiki ballistik raketlərini ictimaiyyətə açıq elan etmədən tədarük edib".

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel açıqlama verib.

"Mən təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar prezidentin birbaşa göstərişi ilə Ukraynaya ATACMS raketləri verib. O, fevral ayında öz milli təhlükəsizlik komandasına ATACMS-i Ukraynaya göndərmək barədə açıq əmr verməyib", - Patel bildirib.

O aydınlaşdırıb ki, bu raketlər ABŞ-nin martın 12-də elan etdiyi hərbi yardım paketinin bir hissəsidir və raketlər bu ay ​​Ukraynaya göndərilib.

***

21:36

Birləşmiş Ştatlar ATACMS taktiki ballistik raketlərini mart ayında hərbi yardım paketinə daxil olmaqla, ictimaiyyətə açıqlama vermədən Ukraynaya çatdırıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Reuters" Vaşinqton administrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Məlumata görə, çatdırılma son həftələrdə gizli şəkildə həyata keçirilib. Ukraynanın aprelin 17-də səhər saatlarında Rusiya hədəfinə qarşı ilk dəfə olaraq ATACMS-dən istifadə etdiyi bildirilir.

Raketlər ABŞ prezidenti Co Baydenin martın 12-də təsdiqlədiyi Ukraynaya 300 milyon dollarlıq hərbi yardım paketinə daxil edilib. Agentliyin həmsöhbəti Kiyevə dəqiq neçə raket göndərildiyini açıqlamayıb.

Reuters qeyd edir ki, 300 km-ə qədər atəş məsafəsinə malik ATACMS-lərin göndərilib-göndərilməməsi məsələsi Bayden administrasiyasında bir neçə aydır müzakirə olunur. Pentaqon ilkin olaraq ötürülmənin ABŞ Silahlı Qüvvələrinin döyüş hazırlığına mənfi təsir göstərəcəyindən ehtiyat edərək, belə mənzilli raketlərin göndərilməsinə qarşı çıxıb.

OXŞAR XƏBƏRLƏR
Türkiyə Böyük Millət Məclisinin sədri Meksikada görüşlər keçirəcək

Türkiyə Böyük Millət Məclisinin sədri Meksikada görüşlər keçirəcək

Kolumbiya prezidenti: "İsraillə diplomatik əlaqələr kəsilməlidir"

Kolumbiya prezidenti: "İsraillə diplomatik əlaqələr kəsilməlidir"

İsrailin müdafiə naziri Rəfahı işğal etməklə hədələyib

İsrailin müdafiə naziri Rəfahı işğal etməklə hədələyib

XƏBƏR LENTİ
  • 10:43

    "Qarabağ" yeni rekorda imza atıb
  • 10:40

    Binəqədidə “Makarov” tapançası satmaq istəyən şəxs saxlanılıb
  • 10:36

    Bəzi rayonlarda elektirik verilişində məhdudiyyətlər olacaq
  • 10:28

    DİM: Qəbul imtahanında iştirak üçün qeydiyyat bu gün başa çatır
  • 10:25

    Pərviz Şahbazov Ağcabədidə qəbul keçirəcək
  • 10:22

    Mirzoyan Macarıstana rəsmi səfərə gedəcək
  • 10:22

    "Beşiktaş" dünya çempionunu heyətinə qatmaq istəyir
  • 10:19

    Ağdaşda mağaza yanıb
Menyu