Menyu

Tbilisidə xarici agentlər haqqında qanuna qarşı növbəti etiraz aksiyası başlayıb

Tbilisidə xarici agentlər haqqında qanuna qarşı növbəti etiraz aksiyası başlayıb

Bir neçə yüz nəfər Gürcüstan parlamenti yaxınlığında xarici agentlər haqqında qanunun qəbuluna qarşı etiraz aksiyası keçirir.

"Operativ Media" dünya mətbuatına istinadən xəbər verir ki, əksəriyyəti gənclər təşkilatlarının nümayəndələri və tələbələrdən ibarət olan etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqları ilə dayanıb fit çalıb və xarici agentlər haqqında qanuna qarşı şüarlar səsləndiriblər. 

Polis qrupları hadisə yerində növbə tutub, saxlanılan olmayıb.

Etirazçılar Daxili İşlər Nazirliyinin yolu bağlamamaq barədə çağırışlarına baxmayaraq, Rustaveli prospektini bağlayıblar.

Nümayişçilər daha sonra parlament binasından bir neçə kilometr aralıda yerləşən Avropa meydanına doğru yürüş etməyə başlayıblar. Onlar xarici agentlərlə bağlı qanun layihəsinə qarşı şüarlar səsləndiriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər