Çin səfirliyi: Vaşinqtonun ABŞ-də TikTok-u qadağan etmək qərarını quldurluğa bənzəyir
Çinin Vaşinqtondakı səfirliyi ABŞ prezidenti Co Baydenin imzaladığı və ABŞ-də "TikTok" sosial şəbəkəsini qadağan edən qanunu quldurluqla müqayisə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-ın müxbirinə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Liu Penqyu sözügedən qərarı şərh edərkən bildirib.
"Çinin bu məsələdə mövqeyi aydındır. Bu qanun ABŞ-ni ədalətli rəqabət prinsiplərinin və beynəlxalq ticarət qaydalarının əks tərəfinə qoyur. Əgər milli təhlükəsizlikdən sui-istifadə edərək digər ölkələrin rəqabətədavamlı şirkətlərini sarsıtmaq olarsa, o zaman heç bir ədalətdən söhbət gedə bilməz", - diplomat qeyd edib.