Kosmik tullantılar Çinin orbital stansiyasına ziyan vurub
Nərmin Qocamanlı
Çinin "Tianqonq" orbital stansiyası kosmik tullantılarla toqquşub. Zərbə günəş panellərini zədələyərək stansiyada elektrik enerjisinin kəsilməsinə səbəb olub.
"Operativ Media" xəbər verir ki, hadisə barədə Çinin dövlət xəbər agentliyi "Sinxua" məlumat yayıb.
Çinin İnsanlı Kosmik Agentliyinin (CMSA) məlumatlarına əsasən, “Tyanqonq” kosmik stansiyasının əsas modulu "Tianhe", kosmik dağıntıların günəş qanadının elektrik kabellərinə təsiri nəticəsində enerji təchizatının qismən itirilməsi ilə üzləşib.
CMSA orbital stansiyaya tam olaraq nəyin dəydiyini açıqlamayıb.
Qeyd edək ki, "Tiangong" 2021-ci ildə işə salındıqdan sonra dəfələrlə kosmik dağıntılardan qaçma manevrləri həyata keçirib.
Çin kosmik stansiyanın orbitləri və aşağı orbitli hədəfləri dəqiq proqnozlaşdırmaq qabiliyyətini genişləndirib, eyni zamanda kosmik toqquşma xəbərdarlığı və ondan yayınma prosedurlarını optimallaşdıraraq, yalançı həyəcan siqnalını 30% azaldıb.
Teqlər:
"Kosmik tullant\u0131lar \u00c7inin orbital stansiyas\u0131na ziyan vurub"