Qəzzada daha bir jurnalist həlak olub
Nərmin Qocamanlı
İsrail ordusunun Qəzzada həyata keçirdiyi hücumlarda daha bir jurnalist həyatını itirib.
"Operativ Media" xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisindən yazılı açıqlama verilib.
Açıqlamada İsrail ordusunun Rəfahdakı evinə həyata keçirdiyi hava hücumunda Fələstinin Əl-An Xəbər Agentliyinin əməkdaşı Məhəmməd Bisam əl-Cəmelin həyatını itirdiyi bildirilib.
Məlumata görə, 2023-cü il oktyabrın 7-dən bu yana öldürülən jurnalistlərin sayının 141-ə yüksəldiyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net