Macarıstan: NATO Ukraynadakı münaqişənin tərəfinə çevrilib
NATO-nun aktiv iştirakçıya çevrilməsi, həmçinin Ukrayna ordusuna silah göndərməsi və əsgərləri öyrətməyə hazırlaşması nəticəsində Ukraynadakı münaqişə yeni mərhələyə qədəm qoyur.
"Operativ Media" xəbər verir ki, bunu Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas bildirib.
Qulyas jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: "Yeni vəziyyət onunla əlaqədardır ki, əgər indiyədək alyans dövlətləri yalnız fərdi şəkildə hərbi əməliyyatları dəstəkləyirdisə, indi NATO bu müharibədə fəal oyunçu olmağa hazırlaşır".
Onun sözlərinə görə, Şimali Atlantika Alyansı Ukraynaya maliyyə yardımı göstərmək, həmçinin silah-sursat vermək və ukraynalı əsgərlərə təlim keçmək istəyir. Bundan əlavə, Avropa İttifaqının liderləri, xüsusən də Fransa prezidenti indi Ukraynaya əsgər göndərilməsinin zəruriliyi barədə kifayət qədər açıq danışırlar.
O vurğulayıb ki, Macarıstan hökuməti hadisələrin bu cür inkişafından narahatdır, çünki Qərbin Ukraynaya yardımı əsgər dəbilqələrinin tədarükü ilə başlayıb və hazırda ən güclü silah növlərinə çatıb.
Teqlər:
"Macar\u0131stan: NATO Ukraynadak\u0131 m\u00fcnaqi\u015f\u0259nin t\u0259r\u0259fin\u0259 \u00e7evrilib"