Menyu

Gürcüstan və Macarıstanın Aİ-yə inteqrasiyanı müzakirə ediblər

Gürcüstan və Macarıstanın Aİ-yə inteqrasiyanı müzakirə ediblər

Gürcüstanın baş naziri İrakli Kobaxidze Budapeştdə macar həmkarı Viktor Orbanla görüşündə respublikanın Avropa İttifaqına (Aİ) inteqrasiyası məsələsini müzakirə edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Macarıstanın Gürcüstanın Avropa və Avro-Atlantik məkana inteqrasiyasına aydın dəstəyi vurğulanıb. Mətbuat xidməti qeyd edib ki, Aİ-nin gələcək sədri kimi Macarıstanın dəstəyinə daha da böyük önəm verilir.

Kobaxidze və Orban ikitərəfli gündəliyi də müzakirə ediblər və son illər tərəfdaşlıq əlaqələrinin inkişafı baxımından əldə edilən müsbət nəticələri qeyd ediblər. Hökumət başçıları sahə əlaqələrinin sonrakı inkişafına, ticarət-iqtisadi tərəfdaşlığın, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetiriblər.

Kobaxidze çərşənbə günü Budapeştə işgüzar səfərə gedib. Cümə axşamı o, Beynəlxalq Mühafizəkar Siyasi Fəaliyyət Konfransının açılışında iştirak edib.
 

Teqlər:

"G\u00fcrc\u00fcstan v\u0259 Macar\u0131stan\u0131n A\u0130-y\u0259 inteqrasiyan\u0131 m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər