http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

KİV: Taliban Fərah əyalətində altı iranlı sərhədçini saxlayıb

25 Aprel 2024 , 21:04
KİV: Taliban Fərah əyalətində altı iranlı sərhədçini saxlayıb

Taliban hərəkatının üzvləri Fərah vilayətində 6 iranlı sərhədçini dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinərək saxlayıblar. 

"Operativ Media" xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht-e Subh" qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, altı iranlı sərhədçi Fərah əyalətinin Əbu Nəsir quru limanı ərazisində Əfqanıstan ərazisinə qanunsuz daxil olduqdan sonra Taliban tərəfindən saxlanılıb. Nəşrin həmsöhbətləri qeyd edib ki, həbsdən sonra 6 nəfərin hamısı Taliban düşərgəsinə köçürülüb.

İran-Əfqanıstan sərhədində tərəflərin bir-birinin ərazisinə qeyri-qanuni daxil olmaqda qarşılıqlı ittihamları zəminində sərhədçilər arasında münaqişələr mütəmadi olaraq baş verir. Əfqanıstanın "Aamaj News" agentliyi mənbələrə istinadən xəbər verib ki, aprelin 4-də baş verən son insident zamanı Taliban Əfqanıstanın cənub-qərbində İran sərhədçiləri ilə toqquşub və hətta onlardan birini saxlayıb. İranın Sistan və Bəlucistan əyalətinin təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti kiçik münaqişənin baş verdiyini təsdiqləyib, lakin silahlı toqquşma ilə bağlı məlumatı təkzib edib. 

OXŞAR XƏBƏRLƏR
Ukraynanın enerji sektoruna bir milyard dollardan çox zərər dəyib

Ukraynanın enerji sektoruna bir milyard dollardan çox zərər dəyib

Özbəkistan-Tacikistan sərhədlərinin demarkasiyasına dair protokol imzalanıb

Özbəkistan-Tacikistan sərhədlərinin demarkasiyasına dair protokol imzalanıb

Kuba prezidenti Rusiyaya səfər edəcək

Kuba prezidenti Rusiyaya səfər edəcək

XƏBƏR LENTİ
  • 13:27

    Ukraynanın enerji sektoruna bir milyard dollardan çox zərər dəyib
  • 13:21

    Hüseyn Həsənovun vergi borclarına görə şirkətinin hesabı bloklanıb
    Hüseyn Həsənovun vergi borclarına görə şirkətinin hesabı bloklanıb
  • 13:14

    Özbəkistan-Tacikistan sərhədlərinin demarkasiyasına dair protokol imzalanıb
  • 13:07

    Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
  • 12:55

    "Şahin" hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilib - VİDEO
  • 12:45

    Kuba prezidenti Rusiyaya səfər edəcək
  • 12:42

    ABŞ səfirliyinin əməkdaşları Bakı Marafonunda iştirak edib - FOTO
  • 12:30

    Sabah dağlıq rayonlara qar yağacaq
Menyu