Menyu

NYT: ABŞ yaxın günlərdə xüsusi təyinatlılarını Çaddan çıxaracaq

NYT: ABŞ yaxın günlərdə xüsusi təyinatlılarını Çaddan çıxaracaq

ABŞ yaxın günlərdə onlarla xüsusi təyinatlını Çad Respublikasından çıxaracaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə "The New York Times" mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət 75 hərbçidən gedir. Onlar Çadın paytaxtı Ndjamenanı tərk edəcəklər. Nəşr qeyd edir ki, bu, ABŞ-nin Qərbi və Mərkəzi Afrikadakı mövqelərinə bir həftə ərzində ikinci böyük zərbə olacaq. 

Qəzet xatırladır ki, bundan əvvəl Amerika administrasiyası ABŞ qüvvələrini yaxın aylarda Nigerdən çıxaracağını bəyan etmişdi.

Teqlər:

"NYT: AB\u015e yax\u0131n g\u00fcnl\u0259rd\u0259 x\u00fcsusi t\u0259yinatl\u0131lar\u0131n\u0131 \u00c7addan \u00e7\u0131xaracaq"

Əlaqəli Xəbərlər