İsrail Qəzza zolağında atəşkəslə bağlı Fələstinin radikal HƏMAS hərəkatına qarşı güzəştlərə getməyə və tələblərini yumşaltmağa hazırdır.
"Operativ Media" xəbər verir ki, bu barədə "Ynet" portalı mənbələrə istinadən xəbər verir.
Qeyd olunub ki, İsrail tərəfi 40 yox, 33 girovun azad edilməsini qəbul edib. Bu qrupa qadınlar, qocalar və xəstələr daxil olacaq. Bunun müqabilində Təl-Əviv atəşkəs müddətinin qısaldılmasını tələb edir.
HƏMAS daha əvvəl yaraqlıların dağıdılması şərtini irəli sürmüşdü. Hərəkat Fələstin dövlətinin qurulacağı təqdirdə silahlarını yerə qoymağa hazır olduğunu bəyan edib.