Menyu

Yaponiya Türkiyədəki zəlzələ bölgəsinə 60 milyard yen maliyyə ayıracaq

Nərmin Qocamanlı
Yaponiya Türkiyədəki zəlzələ bölgəsinə 60 milyard yen maliyyə ayıracaq

Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi nazir Mehmet Özhaseki Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (JICA) prezidenti Tanaka Akihiko və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, görüşdə Kahramanmaraş mərkəzli zəlzələ fəlakətinin vurduğu ağır zərər və şəhərlərin infrastrukturunun gücləndirilməsi üçün görüləcək işlərlə bağlı qiymətləndirmələr aparılıb. İclas çərçivəsində nazirlik və Əyalətlər Bankı (İLBANK) tərəfindən təbii fəlakət zonasının yenidən qurulması və dirçəldilməsi üçün görülən işlərə JICA tərəfindən 60 milyard yen məbləğində maliyyə ayrılması barədə razılıq əldə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər