Keniyada daşqınlar nəticəsində ölənlərin sayı artıb
Nərmin Qocamanlı
Keniyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ən azı 45 nəfər həlak olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Keniya Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, paytaxt Nayrobi və digər böyük şəhərlərin böyük bir hissəsi su altında qalıb, minlərlə insan evlərini tərk edib.
Qeyd edilib ki, ölkə daxilində davam edən daşqınlar səbəbindən insan tələfatının artacağı gözlənilir. Yaxın günlərdə daha güclü yağışların olacağı ilə bağlı xəbərdarlıq edilib.