Menyu

Ərdoğan: Türkiyə NATO-nun yeni baş katibini seçərkən strateji baxımdan müdrik qərar verəcək

Ərdoğan: Türkiyə NATO-nun yeni baş katibini seçərkən strateji baxımdan müdrik qərar verəcək

Türkiyə NATO-nun yeni baş katibinin seçilməsi məsələsində “strateji müdriklik çərçivəsində” qərar verəcək. 

"Operativ Media" xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. 

Hollandiyanın baş naziri Mark Rutte NATO-nun baş katibi vəzifəsinə namizəddir. 

“Strateji müdriklik və ədalət çərçivəsində qərar verəcəyimizə heç kimin şübhəsi olmasın”, - Ərdoğan jurnalistlərə deyib.

Yens Stoltenberqin NATO-nun baş katibi kimi mandatı oktyabrın 1-də başa çatır. Hollandiyanın NOS telekanalının məlumatına görə, Ruttenin NATO-nun yeni baş katibi vəzifəsinə namizədliyini alyansın 32 ölkəsindən 28-i dəstəkləyir. Əvvəllər yeni baş katibin təşkilatın 75 illik yubileyi münasibətilə aprelin 3-4-də Brüsseldə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə məlum olacağı güman edilirdi. Yeni baş katiblə bağlı qərar konsensusla qəbul edilir. 

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər