http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

KİV: Ərdoğan mayın 9-na planlaşdırılan ABŞ səfərini təxirə salıb

26 Aprel 2024 , 20:48
KİV: Ərdoğan mayın 9-na planlaşdırılan ABŞ səfərini təxirə salıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-da ABŞ-yə planlaşdırılan səfərini proqramında dəyişikliklərlə əlaqədar təxirə salıb. 

"Operativ Media" xəbər verir ki, bu barədə "Haber Global" telekanalı mənbələrinə istinadən məlumat yayıb. 

Bu məlumat hələ ki, rəsmi təsdiqini tapmayıb.

Hökumətyönlü "Hürriyyət" qəzeti aprelin 26-da Ərdoğanın Vaşinqton səfərinə hazırlıqların davam etdiyini və hazırlıqların ləğvi ilə bağlı heç bir əmr verilmədiyini yazıb. Nəşr həftənin əvvəlində ABŞ-dəki bəzi siyasi qrupların Türkiyə liderinin səfərini ləğv etməyə çalışdığını yazıb. Onlar hesab edirlər ki, Ərdoğanın HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə bu yaxınlarda keçirdiyi görüşdən sonra onun prezident Co Baydenlə danışıqları Ağ Evin hazırkı rəhbərinə seçicilərin dəstəyinin azalmasına səbəb ola bilər. Türkiyə mediasının bir gün əvvəl yazdığı kimi, Ağ Ev Baydenin proqramında Ərdoğanla görüşün olmadığını bildirib. 

Həmçinin Ərdoğan administrasiyası tərəfindən ABŞ-yə səfərlə bağlı rəsmi açıqlama verilməyib.  

OXŞAR XƏBƏRLƏR
BMT-nin baş katibi İsraili gərginliyi dayandırmağa çağırıb

BMT-nin baş katibi İsraili gərginliyi dayandırmağa çağırıb

Abxaziya prezidenti XİN rəhbərini vəzifəsindən azad edib

Abxaziya prezidenti XİN rəhbərini vəzifəsindən azad edib

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib

Qırğızıstan və Tacikistan sərhədində atışma baş verib

XƏBƏR LENTİ
  • 20:06

    Dövlət qurumlarının iştirakı ilə Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib
  • 19:52

    Naxçıvanda ASAN Vəkil Bürosu açılıb
  • 19:46

    Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
    Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib
  • 19:35

    Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
    Əli Əsədov Ankarada Heydər Əliyevin abidəsini ziyarət edib
  • 19:21

    Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
    Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib
  • 19:11

    Pakistanın Milli Müdafiə Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
  • 18:59

    Azərbaycan gimnastı Dünya Kubokunda iştirak edəcək
  • 18:59

    Fövqəladə rejimin tətbiqi zamanı davranış qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib
    Fövqəladə rejimin tətbiqi zamanı davranış qaydalarının pozulmasına görə yeni cərimələr müəyyənləşib
Menyu