Menyu

Zelenski: Ukrayna yeni briqadalar formalaşdırır

Zelenski: Ukrayna yeni briqadalar formalaşdırır

Ukrayna Silahlı Qüvvələri (AFU) yeni briqadalar formalaşdırır, lakin onların Qərbdən silah və texnika təchizatına ehtiyacı var.

"Operativ Media" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski onlayn formatda Ukraynaya hərbi yardım göstərilməsi üzrə təmas qrupunun iclasının iştirakçılarına müraciətində deyib.

"Biz indi mövqelərimizi gücləndirmək üçün yeni briqadalar formalaşdırırıq, onların da cəbhədə fəaliyyət göstərən briqadalarımız kimi dəstəyə ehtiyacı var. Bu dəstək kafi və vaxtında olmalıdır", - Zelenski qeyd edib. 

Eyni zamanda, Ukrayna prezidenti bildirib ki, Kiyevə ilk növbədə uzaqmənzilli raketlər, F-16 qırıcı-bombardmançı təyyarələri və onlar üçün ən azı yeddi Patriot hava hücumundan müdafiə sistemi və raketləri lazımdır.

Öz növbəsində, ABŞ-nin müdafiə naziri Lloyd Austin iclas başlamazdan əvvəl çıxış edərək, Qərb tərəfdaşlarından Ukraynaya F-16-ların tədarükünün bu il başlayacağını bildirib.

Teqlər:

"Zelenski: Ukrayna yeni briqadalar formala\u015fd\u0131r\u0131r"

Əlaqəli Xəbərlər