Menyu

Blinken: Çin Rusiyaya yardımı dayandırmasa, ABŞ tədbir görəcək

Blinken: Çin Rusiyaya yardımı dayandırmasa, ABŞ tədbir görəcək

ABŞ Rusiya hərbi sənaye kompleksinə iddia edilən məhsul tədarükünü dayandırmasa, Çinə qarşı tədbir görəcək. 

"Operativ Media" xəbər verir ki, bunu cümə günü Çinin xarici işlər naziri Van Yi ilə görüşən Amerikanın dövlət katibi Antoni Blinken BBC Yayım Korporasiyasına müsahibəsində deyib.

"Əgər Çin təkcə bizimlə deyil, Avropa ölkələri ilə də münasibətləri yaxşılaşdırmaq istəyirsə, Soyuq Müharibə bitdikdən sonra Avropanın təhlükəsizliyinə ən böyük təhdid formalaşdırmaz", - Blinken qeyd edib.

Amerika diplomatiyasının rəhbəri Vaşinqtonun hansı addımları atmağa hazır olduğu sualına cavab verməkdən imtina edib. Eyni zamanda o qeyd edib ki, ABŞ artıq 100-dən çox Çin şirkət və təşkilatına qarşı sanksiyalar və ya ixrac məhdudiyyətləri tətbiq edib.

"Biz yeni tədbirlər görməyə tam hazırıq", Blinken əlavə edib.

Teqlər:

"Blinken: \u00c7in Rusiyaya yard\u0131m\u0131 dayand\u0131rmasa AB\u015e t\u0259dbir g\u00f6r\u0259c\u0259k"

Əlaqəli Xəbərlər