Menyu

İsrail HHQ Hizbullahın PUA bazasına hücum edib

İsrail HHQ Hizbullahın PUA bazasına hücum edib

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları günorta saatlarında Livanın cənubundakı Cebel Reyhan dağında Hizbullahın bazasına hücum edib.

"Operativ Media" xəbər verir ki, bu barədə "Lebanon 24" məlumat yayıb. 

Məlumata görə, zərbələr İsrail hərbi obyektlərinə hücum etmək üçün istifadə edilən pilotsuz uçuş aparatlarının buraxılış məntəqələrinə endirilib. Hücum nəticəsində iki hizbullahçı həlak olub.

Bundan əvvəl İsrailə məxsus pilotsuz uçuş aparatı Qərbi Bekaada Meydun və əs-Sarira yaşayış məntəqələri arasındakı magistralın bir hissəsində İslam müqavimət döyüşçülərini daşıyan avtomobili atəşə tutub. Nəticədə Fələstinin "İslami Cihad" radikal qruplaşmasının səhra komandiri Musab Xələf və onun müavini Saad Əbu Qanem məhv edilib. 
 

Teqlər:

"\u0130srail HHQ Hizbullah\u0131n PUA bazas\u0131na h\u00fccum edib"

Əlaqəli Xəbərlər