Menyu

Yaponiya üçüncü dəfə yeni H3 raketini buraxacaq

Nərmin Qocamanlı
Yaponiya üçüncü dəfə yeni H3 raketini buraxacaq


Yaponiya yeni H3 raketini iyunun 30-da üçüncü dəfə buraxmağa cəhd edəcək. 

Bu barədə "Operativ Media" Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə istinadən xəbər verir.

Ölkənin cənub-qərbindəki Taneqaşima buraxılış meydançasından buraxılış zamanı təbii fəlakətlərin nəticələrini qiymətləndirmək üçün ALOS-4 peykinin aşağı Yer orbitinə çıxarılması planlaşdırılır.

Qeyd edək ki, H3-ün ikinci buraxılışı fevralın 16-da uğurla baş tutub. Əsas faydalı yük olan "Vehicle Evaluation Fayload 4" (VEP-4) nümayiş kosmik gəmisi buraxıldıqdan 1 saat 47 dəqiqə sonra işə salınıb.

2023-cü il martın 7-də isə Taneqaşima buraxılış mərkəzindən buraxılan H3 raketinin ilk uçuşu ikinci mərhələdə mühərrik nasazlığı səbəbindən ləğv edilib.

Teqlər:

"Yaponiya \u00fc\u00e7\u00fcnc\u00fc d\u0259f\u0259 yeni H3 raketini buraxacaq"

Əlaqəli Xəbərlər