İran XİN: Saxlanılan gəminin heyəti sərbəst buraxılacaq
Nərmin Qocamanlı
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian bildirib ki, "MCS Aries"in saxlanılan heyəti sərbəst buraxılacaq.
"Operativ Media" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Gəmi heyətinin buraxılması ilə bağlı humanitar məsələ bizi ciddi narahat edir. Biz konsulluğa giriş, onların sərbəst buraxılması və Tehrandakı səfirlərə ekstradisiyasını elan etdik", - məlumat da deyilib.