"Toyota" ABŞ-da elektromobil istehsalına 1,4 milyard dollar sərmayə qoyacaq
Nərmin Qocamanlı
Yaponiyanın “Toyota” şirkəti ABŞ-dakı ikinci fabrikində yeni infrastrukturun qurulmasına və yeni istehsal müəssisələrinin açılmasına 1,4 milyard dollar sərmayə qoyacaq.
"Operativ Media" xəbər verir ki, ikinci Amerika müəssisəsi "Toyota Motor Manufacturing" İndianada yerləşir. İnvestisiya hesabına 340 yeni yüksək keyfiyyətli iş yeri yaradılacaq. Hazırda müəssisədə 7500 nəfər çalışır. "Highlander SUV", "Lexus TX" və digər modellər yığılır. "Toyota" bu müəssisədə yeni üç sıralı elektrik yolsuzluq avtomobili istehsal etməyi planlaşdırır.
"Toyota"nın elektrik avtomobilləri yığmağa başladığı ilk Amerika fabriki Kentukkidəki fabrikdir. Bu obyektdə markanın ikinci seriyalı elektrik avtomobil modelləri yığılır. "Toyota" ən böyük bazarlarından birində istehlakçı tələbatını ödəmək üçün məhsul çeşidini genişləndirərək bu fabriklərdə müxtəlif növ elektrik avtomobilləri istehsal etməyi planlaşdırır. Batareya paketlərinin quraşdırılması planları da var.
Teqlər:
"\"Toyota\" AB\u015e-da elektromobil istehsal\u0131na 1 4 milyard dollar s\u0259rmay\u0259 qoyacaq"