Menyu

Çin və Rusiya Şərqi Çin dənizində birgə hərbi təlimlərə başlayıb

Nərmin Qocamanlı
Çin və Rusiya Şərqi Çin dənizində birgə hərbi təlimlərə başlayıb

Çin və Rusiya donanmaları Sakit okeanda, Şərqi Çin dənizi sahillərində bu gündən etibarən 7 gün davam edəcək birgə hərbi təlim keçirir.

"Operativ Media" xəbər verir ki, Çin Müdafiə Nazirliyinin yaydığı açıqlamaya görə, iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində illik "Birgə Dəniz 2022" təlimi Ciciang əyalətinin Kusan və Taycou şəhərləri arasındakı sahil zolağında keçiriləcək. 

Açıqlamada bildirilib ki, təlimin məqsədi “tərəflərin dəniz təhlükəsizliyi təhdidlərinə qarşı birgə hərəkət etmək bacarığını gücləndirmək bacarığını və qətiyyətini göstərməkdir ”.

Rusiya Müdafiə Nazirliyi açıqlamasında həmçinin qeyd edib ki, " təlimin əsas məqsədi iki ölkə arasında dəniz əməkdaşlığını inkişaf etdirmək və Asiya-Sakit okean regionunda sülh və sabitliyi təmin etməkdir ".

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər