Menyu

Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib

Nərmin Qocamanlı
Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib

Tayvanda 5,2 bal gücündə zəlzələ baş verib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Meteorologiya Seysmologiya Mərkəzi bürosunun verdiyi məlumata görə, episentri Tayvan adasının cənub-şərq sahilindəki Taitung şəhərindən 28,8 kilometr aralıda olan zəlzələ dəniz dibinin 7,2 kilometr dərinliyində qeydə alınıb .

5,2 bal gücündə zəlzələ Taytunqda, eləcə də ölkənin cənubundakı Kaosyunq şəhərində və ətraflarında hiss olunub.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasının 4,8 olduğunu açıqlayıb.

Qeyd edək ki, Tayvanda sentyabrın 18-də Taitung şəhərində baş verən 6,8 bal gücündə zəlzələdə 1 nəfər ölüb, 164 nəfər yaralanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər