AZAL-ın Naxçıvana uçuşlara görə Ermənistana ödədiyi məbləğ açıqlanıb
Operativ Media
AZAL 2022-ci ildə Naxçıvana uçuşlar üçün Ermənistana 112 min avro ödəyib.
"Operativ Media"nın xəbərinə görə, bunu Ermənistanın Mülki Aviasiya Komitəsindən "Sputnik Ermənistan"a bildiriblər.
Qeyd olunub ki, Azərbaycanın milli aviadaşıyıcısı bu məbləği yanvarın 1-dən noyabrın 30-dək Ermənistanın hava məkanından keçən uçuşlar üçün ödəyib.
Ermənistanın Laçın dəhlizinin bağlanması şəraitində Azərbaycan təyyarələri üçün öz hava məkanını bağlamağı planlaşdırıb-planlaşdırmadığı soruşulduqda, bildirilib ki, bütün beynəlxalq uçuşlar əvvəlcədən nəzərdə tutulmuş planlar əsasında həyata keçirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net