Kərkükdə silahlı hücum nəticəsində 3 İraq polisi yaralanıb

Nərmin Qocamanlı
Kərkükdə silahlı hücum nəticəsində 3 İraq polisi yaralanıb

İraqın Kərkük şəhərində nəzarət-buraxılış məntəqəsinə silahlı hücum nəticəsində 3 polis yaralanıb.

"Operativ Media" xəbəriinə görə, Kərkük Polis İdarəsinin müdir müavini Əli Mıtaşşar Anadolu Agentliyinə (AA) bildirib ki , şəhərin cənubundakı Kobani bölgəsində polis nəzarət məntəqəsində yoldan keçən avtomobilin içərisindən atəş açılıb.

Hücum zamanı biri ağır olmaqla 3 polis əməkdaşının yaralandığını qeyd edən Mıtaşşar, hadisənin terror aktı olma ehtimalının yüksək olduğunu bildirib.

Digər xəbərlər