Menyu

Pərviz Şahbazov“ China Energy Engineering Group" şirkətinin sədri ilə görüşüb

Nərmin Qocamanlı
Pərviz Şahbazov“ China Energy Engineering Group" şirkətinin sədri ilə görüşüb

"“China Energy Engineering Group" şirkətinin sədri Song Hailiangin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yaşıl enerji sahəsində tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair səmərəli görüşümüz oldu".

"Operativ Media" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X"də bildirib:

"“China Gezhouba Group Overseas Investment” şirkəti ilə həyata keçirilən 160 MVt gücündə günəş enerjisi layihələrinin icra vəziyyətini dəyərləndirdik.

Meqa güclərin, “yaşıl enerji” dəhlizləri və interkonnektorlarının yaradılması, şəbəkənin gücləndirilməsi və ixrac imkanlarının artırılması müstəvisində enerji saxlanc sistemləri, yaşıl enerji dəhlizi və digər “yaşıl qaz”lar, yeni texnologiyalar və təcrübə mübadiləsi üzrə əməkdaşlıq imkanlarını müzakirə etdik.

Mövcud potensialı real əməkdaşlıq istiqamətlərinə çevirmək məqsədilə İşçi Qrupu vasitəslə qarşılıqlı səylərin gücləndirilməsini razılaşdırdıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər