Menyu

Çexiyada magistral yolda 40 avtomobil toqquşub

Çexiyada magistral yolda 40 avtomobil toqquşub
1 dəq oxu

Çexiyanın paytaxtı Praqadan Şərqə gedən sürətli yolda zəncirvari qəza baş verib.

"Operativ Media"nın Çexiya Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, qəza Çexiyanın cənub-şərqindəki Brno şəhəri yaxınlığında baş verib. Praqadan 180 km şərqdə 38 minik və iki yük avtomobili toqquşub. Avtomobillərə ciddi ziyan dəyib, 2 nəfər xəsarət alıb. Qəzaya dumanlı hava səbəb olub.

Əlaqəli Xəbərlər