23 Dekabr 2022, 22:08
THY-nin təyyarəsi eniş edərkən təkəri partlayıb

"Anadolu Jet"in Qarsdan havaya qalxan sərnişin təyyarəsi saat 13:58-də Sabiha Gökçen hava limanına eniş edib. "Operativ Media" xəbər verir ki, dayanacağa “park” edən təyyarənin şassasındakı təkərlərdən biri partlayıb. Təhlükəsizlik məqsədilə hadisə yerinə yanğınsöndürənlər göndərilib.
Təyyarədə olan 6 nəfərlik pilot heyəti və 148 sərnişin dərhal təxliyyə edilib. Faktla bağlı araşdırmalar aparılır.